NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm Ustalar Klubu qarşısına qoyduğu hədəflərə doğru uğurla addımlayır

2017-ci ilin sonunda Norm Ustalar Klubu üzvlərinin faydalana biləcəyi tədrisyönümlü və həvəsləndirici tədbirlərin sayının artırılmasını qarşısına hədəf qoymuşdu.

Klub 2018-ci ilin aprel ayında ilk silsilə görüşlərə başladı. Ötən görüşlərlə müqayisədə bu dəfə tədbirə qatılan ustaların sayında nəzərə çarpacaq qədər artım hiss olunurdu. Beləliklə, 19-29 aprel 2018-ci il tarixləri arasında respublikanın 7 müxtəlif şəhər və rayonunda – Bakı, Quba, Qəbələ, Gəncə, Mingəçevir, Kürdəmir və Masallıda inşaat sahəsində çalışan 1000 ustaya təlim keçildi.

Ustalar ənənəvi təlimləri maraqla izlədi, yeniliklərdən xəbərdar oldu, onları maraqlandıran sualları Norm şirkətinin peşəkar texniki dəstək komandasına ünvanlandırdılar.

Bu dəfəki təlimlərin mövzuları sement istehsalı üsulları, klinkerin istehsal prosesi və avadanlıqları, sementə əlavə olunan mineral əlavələr, xüsusi hörgü növləri, armaturlu betonlar və onların xüsusiyyətləri və s. kimi sahələri əhatə edirdi.

Klubun fəaliyyətinin daha səmərəli təşkili və ustalarla ünsiyyətin daha intensiv qurulması məqsədilə regionlar üzrə usta səfirlər təyin olundu və klubun üzvləri səfirlərlə tanış oldular.

Təlimlərin sonunda Norm sementlərindən ən çox istifadə edən ustalar xüsusi hədiyyələr və bonus kartlarla mükafatlandırıldı, bütün ustalara isə həvəsləndirici hədiyyələr təqdim olundu.

Norm Ustalar Klubu inşaatda çalışan ustaları özündə birləşdirən bir klubdur. Klub 2016-ci ilin dekabrında yaradılmışdır. Klubunu yaradılmasının məqsədi inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Düzgün məhsulun peşəkar usta tərəfindən istifadəsi inşaat sahəsindəki işlərin keyfiyyətinə zəmanət verir.

 

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ