NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm şirkəti Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

Cari ilin mart ayının 6-da Norm şirkətinin Baş İcraçı Direktoru Henning Sasse və Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas arasında gələcəkdə gənclərin kadr hazırlığı, texniki sahələr üzrə təcrübə proqramları, elmi-tədqiqat  işlərinin aparılması və digər sahələr üzrə gələcək əməkdaşlığa dair memorandum imzalanıb. Tədbir Universitetin rəhbər şəxslərinin, müəllim-tələbə heyətinin və Norm şirkətindən olan nümayəndə heyətinin iştirakı ilə baş tutub.

İmzalanma mərasimi başa çatdıqdan sonra Norm şirkətinin əməkdaşları Universitetin Yüksək Texnologiyalar və İnnovativ Məktəbində qurulmuş laboratoriya və mərkəzlərlə tanış olublar. Universitet heyəti tərəfindən məlumat verilib ki, 2018-ci ilin tədris ilindən etibarən Qərbi Kaspi Universiteti mühəndislik ixtisasları üzrə kadr hazırlığı həyata keçirir, universitetdə bu ixtisasların yüksək səviyyədə tədrisi üçün müasir laboratoriya və mərkəzlər, eyni zamanda Yüksək Texnologiyalar Parkı qurulub.

Razılaşmanın əhatə etdiyi məsələlərdən biri Norm şirkətinin bu qurulmuş  Yüksək Texnologiyalar Parkında müxtəlif sahələr üzrə keçiriləcək layihələrdə universitetlə birgə iştirak və qarşılıqlı təcrübə mübadiləsi oldu.

Tədbirin sonunda Norm şirkətindən olan nümayəndə ilə Qərbi Kaspi Universitetinin rəhbər heyəti arasında gələcək əməkdaşlıq istiqamətlərinə dair qarşılıqlı müzakirələr aparıldı və birgə xatirə şəkli çəkdirildi.

 

 

 

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ