NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm şirkəti Karyera Yarmarkasında iştirak edib

Norm şirkəti hər il olduğu kimi bu il də tələbələr üçün ali təhsil ocaqlarında təşkil olunan əmək yarmarkalarında iştirak etməklə mövcud vakansiyaları iştirakçılara şəffaf qaydada təqdim edir.

Şirkətin mütəmadi əməkdaşlıq etdiyi ali təhsil müəssisələrindən biri də ADA Universitetidir. Bu əməkdaşlıq çərçivəsində 2017-ci ildən etibarən Norm şirkəti ADA Universitetinin tələbələri ilə birgə dünyada tətbiq olunan Capstone layihəsini həyata keçirməktədir. Bununla Norm Sement universitetin tələbələrinə diplom işi yazmaq əvəzinə, “Alternativ yanacaq” və “Alternativ xammal” mövzuları üzrə araşdırmalar aparmaq və şirkətin müvafiq şöbələrinin əməkdaşları ilə müştərək layihələr həyata keçirmək imkanı yaratmışdır.

2018-ci ilin martın 2-si ADA Universitetinin Karyera İdarəetmə Mərkəzi tərəfindən növbəti, 6-cı Karyera Yarmarkası keçirilmişdir. Sərginin məqsədi gələcək iş həyatlarının düzgün yönləndirilməsində və karyera seçimlərində universitet tələbələrinə dəstək olmaqdan ibarətdir. Universitetin 2000-ə yaxın tələbə və məzununun iştirak etdiyi sərgidə Norm şirkətini İnsan Resursları və Administrativ şöbənin əməkdaşları Sevil Abbasova və Tamerlan Ələkbərli təmsil etmişlər.

Tədbir iştirakçıları olan tələbələrə şirkətdə mövcud  iş imkanları təqdim edilmişdir. Tələbə və yeni məzun olmuş şəxslər yerli əmək bazarında nüfuz sahibi olan Norm şirkətinin Yay Təcrübə Proqramına cəlb olunmaq üçün müraciət etmiş, şirkətin əməkdaşları ilə ətraflı müzakirələr aparmışlar.

 Norm şirkəti keçirilən təcrübə proqramları vasitəsilə gəncləri iş həyatına hazırlamaqla yanaşı, işçilərin daimi inkişafına dəstək olur və onların təhlükəsizliyinin qorunması üzrə OHSAS 18001 standartının yeni versiyası olan ISO 45001 standartı üzrə fəaliyyət göstərməyə artıq hazırdır. Zavodun məsul işçiləri üçün hər il ISO standartlarına tətbiq olunan yeniliklər üzrə təlimlər təşkil olunur və şirkət işçiləri yeni standartlarla bağlı məlumatlandırılırlar.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ