NormNormNormNormNormNorm
/

Xəbərlər

Əlil gənc və yeniyetmələr üçün Yeni İl tədbiri təşkil olundu

Norm şirkəti Korporativ Sosial Məsuliyyətini dərk edən, cəmiyyətə yararlı işlərin həyata keçirilməsində yaxından iştirak edən, üzərinə düşən sosial öhdəlikləri layiqincə və təmənnasız şəkildə yerinə yetirən şirkətlər sırasındadır. Şirkət dekabr ayında öz əməkdaşları arasında “Qəhrəman sən ol!” adlı sual-cavab xarakterli müsabiqə keçirdi. Əvvəlcədən elan olunmuş qaydalara əsasən, müsabiqənin 3 qalibi təyin olunacaq və qaliblər müvafiq olaraq 1000, 700 və 300 manat məbləğində pul ilə mükafatlandırılacaqdı. Qalib şəxslər öz qazandıqları pul mükafatının uşaq evlərinə xərclənməsinə könüllü razılıq verəcəkləri təqdirdə müsabiqədə iştirak hüququ qazanacaqdı.

Müsabiqə baş tutdu və şirkətin 3 əməkdaşı verdikləri düzgün cavab sayının çoxluğuna görə birinci üç yerə layiq görüldülər. Birinci yerin sahibi Vüqar Namazov, ikinci yerin sahibi Əjdər Hüseynov, üçüncü yerin sahibi isə Rafiq Abdurahmanov oldu.

Dünən, 28 dekabr 2017-ci il tarixində qaliblərin iştirakı ilə əlil uşaqlara yardım ictimai birliyinin və Norm şirkətinin əlil yeniyetmə və gənclər üçün təşkil etdiyi Yeni il şənliyi baş tutdu. Tədbirdə 70-dən çox gənc və yeniyetmə, onların psixoloq və müəllim heyəti, Norm şirkətinin əməkdaşları, o cümlədən müsabiqənin qalibləri iştirak etdi. Tədbirdə Əlil Uşaqlara yardım İctimai Birliyinin rəhbəri Validə Abbasova və qaliblər iştirakçılara xoş sözlərini və bayram təbriklərini çatdırdılar. Tədbirin sonunda iştirakçılara hədiyyələr paylanıldı və onlarla birgə xatirə şəkli çəkildi.

Norm şirkəti öz sosial media hesablarında mütəmadi şəkildə yarışlar, müsabiqələr təşkil edir və qalibləri müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırır. “Qəhrəman sən ol!” müsabiqəsinin şirkət əməkdaşları arasında keçirilməsinin əsas məqsədi tamamilə KSM xarakteri daşıyan bu layihədən əldə olunacaq mükafatın ehtiyac sahiblərinə sərf olunması kimi örnək davranışların insanlar arasında daha da kütləvi hal almasına təkan verməkdir.

 

 

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ