NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm Sementin 2017-ci ildəki növbəti ənənəvi müştəri təlimi baş tutdu

Norm Sement müştəriləri üçün 10 noyabr 2017-ci il tarixində “Müasir dövrdə Avropa ölkələrində istehsal olunan əmtəə betonu” və “Sementin mineral tərkibi” mövzularında təlim xarakterli tədbir təşkil etdi.

Tədbir İsveçrənin nüfuzlu PSA Zurich Akademiyasının mütəxəssisi Jürgen Oecknick tərəfindən keçirildi.

Təlimlərə Azərbaycanda fəaliyyət göstərən bir çox beton zavodlarının və müxtəlif tikinti şirkətlərinin mütəxəssləri, eləcə də bir sıra dövlət qurumlarının nümayəndələri dəvət olunmuşdular. Təlimin birinci hissəsində beton istehsalında tətbiq olunan Avropa standartları barədə geniş müzakirələr aparıldı. Daha sonra qış fəslində əmtəə betonu istehsalı, inşaat sahəsində görülən tədbirlərdən danışıldı.

Təlimin ikinci hissəsi sulfatadavamlı beton barədə mövzulara həsr olunmuşdu. Təlimçi iştirakçılara EN 450 standartının tələblərinə görə sulfatadavamlı betonun xassələri haqda ətraflı məlumat verdi, sulfatadavamlı sementin mineral tərkibi haqda danışdı.

Təlimin gedişatında müştərilərlə sərbəst müzakirələrə də vaxt ayrıldı və onları maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda müştərilər arasında sual-cavab şəklində viktorina keçirildi, qaliblər hədiyyələrlə mükafatlandırıldı.

İştirakçılar tədbiri yüksək qiymətləndirdi və bu cür göruşlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq onların mütəmadi olması barədə istəklərini şirkətimizin nümayəndələrinin diqqətinə çatdırdı.

 

 

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ