NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm Ustalar Klubunun Quba, Qəbələ, Gəncə, Mingəçevir, Kürdəmir, Masallı və Bakıda növbəti görüşləri keçirildi

Norm Ustalar Klubu öz fəaliyyət planına uyğun olaraq 6-19 oktyabr tarixləri arasında regionlar və Bakı-Abşeron bölgəsindən olan üzvləri ilə görüşlər təşkil etdi.
Görüşlərdə Ustalar Klubunun 808 üzvü iştirak etdi. Ustalarla görüşlər ardıcıllıqla Quba, Qəbələ, Gəncə, Mingəçevir, Kürdəmir, Masallı və Bakıda baş tutdu.
Tədbirləri klubun fəaliyyətinin idarə olunması üzrə icraçı şirkət Business Insight International Research Group-un rəhbəri açdı, Norm Ustalar Klubu, kluba üzvlüyün verdiyi üstünlüklər, eləcə də klub üzvlərinin faydalana biləcəyi imkanlar barədə ustalara ətraflı məlumat verdi və ustaların klubla bağlı suallarını cavablandırdı.
Təlim xarakteri daşıyan tədbirlərdə iştirak edən Norm Ustalar Klubunun üzvü olan ustalara Norm Sementin peşəkar texniki dəstək heyəti tərəfdən NORM Sement zavodundakı istehsal texnologiyası və avadanlıqlar, həmçinin Norm sementləri barədə ətraflı məlumat verildi.
Daha sonra Norm sementlərindən səmərəli istifadə qaydalarından danışıldı, sement məhlullarının tərkibinin optimal nisbətdə seçilməsinə dair faydalı məlumatlar təlim iştirakçılarının nəzərinə çatdırıldı. Təlimlərdə aktual mövzu kimi, qış aylarında tikinti işləri zamanı nəzərə alınması vacib olan faktorların geniş müzakirəsinə xüsusi yer verildi.
Təlimin növbəti saatlarında və Avropada istehsal olunan sement növləri və beton doldurucuları haqda məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırıldı.
Təlimin gedişatında sərbəst müzakirələrə də yer ayrıldı. Norm Sementin texniki dəstək heyəti tərəfindən ustaların sement məhsullarından istifadə edərkən ən çox qarşılaşdığı problemlərə dair sualları cavablandırıldı.
Tədbirlərin sonunda NORM sementlərindən ən çox istifadə edən ustalar xüsusi hədiyyələrlə - LCD, LED ekran televizorlarla, Samsung J3 markalı smartfonlarla və Alcatel, Nokia markalı telefonlarla mükafatlandırıldı.
Klubun yeni üzvlərinə kluba üzvlüyü təsdiq edən kartlar təqdim olundu, bütün iştirakçılara həvəsləndirici hədiyyələr paylandı. Ustalar görüşlərin onlar üçün çox maraqlı və faydalı olduğunu vurğulayaraq Norm şirkətinin rəhbərliyinə xüsusi təşəkkürlərini bildirdilər.
Norm Ustalar Klubu inşaat ustaların peşəkar inkişafına dəstək verən, geniş usta kütləsini özündə birləşdirən bir klubdur.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ