NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm Sement Norm Ustalar Klubunun üzvləri üçün təlimlər təşkil etdi

Norm Sement Norm Ustalar Klubu Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində 6 rayonda respublikanın müxtəlif bölgələrindən olan ustaların iştirakı ilə silsilə tədbirlər təşkil etdi. Tədbirlər ardıcıllıqla Quba, Qəbələ, Gəncə, Mingəçevir, Kürdəmir, Masallı rayonlarında baş tutdu.

Təlim xarakteri daşıyan tədbirlərdə iştirak edən Norm Ustalar Klubunun üzvü olan ustalara Norm Sementin peşəkar texniki dəstək heyəti tərəfdən sement məhsullarından səmərəli istifadə qaydaları, həmçinin sement məhlullarının tərkibinin optimal nisbətdə seçilməsinə dair faydalı məlumatlar verildi. Texniki dəstək heyəti ustalarla hörgü və suvaq işləri barədə yeniliklər, müasir standartlar və digər vacib məsələlər barədə geniş müzakirələr apardı. Həmçinin, tikinti sahəsində optimal beton qarışığının əldə olunması üçün vacib şərtlər sadalandı. Tədbirin sonunda sərbəst müzakirələrə yer ayrıldı. Ustaların sement məhsullarından istifadə edərkən ən çox qarşılaşdığı problemlərdən, onların həlli yollarıdan danışıldı.

Tədbirlər ustaların öz aralarında ünsiyyət qurması, peşələri ilə bağlı fikir mübadiləsi aparması baxımından da mükəmməl bir vasitə oldu.

Norm Sement inşaat sahəsində çalışan ustaların fəaliyyətinə böyük diqqət nümayiş etdirir və Norm sementlərinin son istehlakçılar tərəfindən səmərəli istifadəsini təmin etmək məqsədilə ustaların peşəkar bilik və bacarıqlarının daim təkmilləşdirilməsinə dəstək verir.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ