NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm Sement növbəti ənənəvi müştəri təlimini təşkil etdi

Norm Sement müştəriləri üçün 27-28 aprel 2017-ci il tarixlərində “Beton istehsalı və müxtəlif növ sementlərin betonda tətbiqi““Müasir dövrdə sement və beton istehsalında istifadə olunan kimyəvi qatqılar və sement əsaslı beton məmulatlar” mövzularında 2 günlük təlim təşkil etdi.

Təlimlər İsveçrənin nüfuzlu PSA Zurich Akademiyasının mütəxəssisi Jürgen Oecknick tərəfindən keçirildi.

Təlimlərə Azərbaycanda fəaliyyət göstərən bir çox beton zavodlarının və müxtəlif tikinti şirkətlərinin mütəxəssləri, eləcə də bir sıra dövlət qurumlarının nümayəndələri dəvət olunmuşdular. 

Təlimin birinci günündə iştirakçılara yay mövsümündə beton istehsalında baş verən hallar o cümlədən çatlar, erkən bərkimə, betonun temperaturu və digər məsələlər barədə məlumatlar verilmiş, sulfatadavamlı betonlar və onların istehsalı zamanı nəzərə alınması vacib faktorlar təlim iştirakçılarının nəzərinə çatdırılmışdır.

Həmçinin, kütlə betonlarınin istehsalı zamanı önləyici tədbirlər, istifadə olunan sement növü, tikinti sahəsində aparılan təhlillər barədə geniş müzakirələr aparılmış, qatqılı sementin (CEM II/A-P 42.5R) öncədən gərginləşdirilmiş betonların (ÖGB) istehsalında istifadə imkanlarından danışılmışdır.

Təlimin ikinci günündə beton istehsalında müasir təcrübədə tətbiq olunan mövzulara toxunulmuşdur. Belə ki, Avropa ölkələrində istehsal olunan öncədən preslənmiş beton məmulatları  barədə geniş müzakirələr aparılmış, həmin beton məmulatlar üçün mövcud standartın tələbləri, qarışım dizaynı, istehsala nəzarət prinsipi və möhkəmlik sinfinə dair qiymətli məlumatlar verilmişdir.

Hörgü/suvaq məhlulları, quru qarışıqların istehsalı texnologiyası, habelə CPTS avadanlığı vasitəsilə NORM Sement zavodunun Beton laboratoriyasında aparılan müxtəlif kimyəvi qatqı təhlillərinə dair faydalı məlumatlar təlim iştirakçılarının geniş marağına səbəb olmuşdur.

Təlimlərin sonunda müştərilərlə sərbəst müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

İştirakçılar tədbiri yüksək qiymətləndirmiş, bu cür göruşlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq onların mütəmadi olması barədə istəklərini şirkətimizin nümayəndələrinin diqqətinə çatdırmışlar.

 

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ