NormNormNormNormNormNorm
/

Xəbərlər

NORM MMC Yay təcrübə proqramını açıq elan edir

Tələbələrin elmi-texniki biliklərinin artılırması və peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədilə NORM MMC 2017-ci il üçün «Yay təcrübə proqramı»nı elan edir. Yay təcrübə proqramı sizə öyrəndiklərinizi tətbiq etmək və iş yerində dəyərli təcrübə qazanmaq imkanı yaradır.

Kimlər müraciət edə bilər:

Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə tədris müəsisəsinin III və IV kurslarında və magistr pilləsində təhsil alan şəxslər qatıla bilərlər:

- Kommersiya

- İnsan resursları

- Texnoloji maşın və avadanlıqlar mühəndisliyi

- Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi

- Mexanika/maşın mühəndisliyi

- İnşaat materiallarının istehsal texnologiyası

- Yapışdırıcı materiallar və beton istehsalı texnologiyası

- Kimya və kimya mühəndisliyi / texnologiyası

- Geologiya

- Elektrik və elektronika mühəndisliyi

 

Şərtlər:

İş qrafiki:              Standart (5 günlük)

Müddət:              1-3 ay

Əlavə olaraq:     Nahar və nəqliyyat xidməti

 

Tələblər:

- Təcrübə proqramına müraciət forması (buradan yükləyin Müraciət forması )

- NORM-da təcrübə keçməkdə məqsəd və gələcək karyera planlarını əks etdirən

  məlumat

- Tələbə olduğunu təsdiq edən sənəd (tələbə bileti)

- Elmi işlərin siyahısı (əgər varsa)

- İştirak etdiyi əlavə kurs və ya təlimləri təsdiqləyən sənəd (əgər varsa)

- Magistrlər üçün – bakalavr diplomunun surəti

 

Müraciətlər

Müraciətlərinizi 28 aprel 2017-ci il tarixinədək hr@norm.az email ünvanına, mövzu hissəsində Internship” qeyd edərək göndərməyiniz xahiş olunur.

Qeyd: Təcrübə proqramı ödənişsizdir və Şirkət təcrübəçiləri mütləq qaydada işə götürmək öhdəliyi daşımır.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ