NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm Ustalar Klubu yaradıldı

Norm şirkətinin cəmiyyətə uzunmüddətli faydalar vəd edən növbəti  korporativ sosial məsuliyyət layihəsi baş tutdu.

Belə ki, 11 dekabr 2016-cı il tarixində inşaat sahəsində çalışan ustaların Norm şirkətinin təşkil etdiyi tədbirdə iştirakı ilə Norm Ustalar Klubunun təməli qoyuldu.

Klubun yaradılmasında məqsəd inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Norm Ustalar Klubu ölkəmizin bütün bölgələrindən gələn ustaları öz çətiri altında birləşdirməklə, onların öz aralarında ünsiyyət qurmalarına, peşələrilə bağlı olan mövzularda fikir mübadiləsi aparmalarına şərait yaradacaq.

Ustaların peşəkar bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə Klub tərəfindən ildə 2 dəfə sement məhsulları və onların istifadə qaydaları ilə bağlı seminarlar təşkil olunacaq, seminarların sonunda ustaların sertifikasiyası aparılacaqdır.

Norm Ustalar Klubunu yaratmaqla şirkətimiz inşaat sahəsində çalışan ustaların fəaliyyətinə verdiyi önəmi nümayiş etdirir. Klubun yaradılması həmçinin son istehlakçıların inşaat sahəsindəki yeniliklərdən xəbərdar olmasına dəstək verəcəkdir, istehlakçıların sement və beton məhsullarından maksimal şəkildə səmərəli istifadəsini təmin etmək üçün Norm Ustalar Klubunun peşəkar mütəxəssislərinə müraciət etməsinə yardımçı olacaqdır.

Nəticədə düzgün məhsulun peşəkar usta ilə istifadəsinə dəstək olmaqla Norm Ustalar Klubu inşaat sahəsindəki işlərin keyfiyyətinə öz töhfəsini verəcəkdir.

 

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ