NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm şirkəti 20-ci Beynəlxalq İnşaat Sərgisində iştirak etdi

Norm şirkəti 22-25 oktyabr tarixlərində keçirilən "BakuBuild 2014" Beynəlxalq İnşaat sərgisinin iştirakçısı oldu. Sərgidə şirkətin bazara təqdim etdiyi KLASS A, KLASS B adlı kisə sementi və KLASS C500 adlı qalaq sementi məhsulları bu məqsədlə hazırlanmış böyük maketlər vasitəsilə nümayiş etdirildi. Həmçinin şirkət tədbirdə öz peşəkar satış, marketinq və texniki dəstək komandası ilə təmsil olundu.

Sərginin birinci iş günündə onu ziyarət edən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye naziri cənab Şahin Mustafayev Norm şirkətinin stendinə xüsusi maraq göstərdi. Şirkətin Baş Kommersiya direktoru Fuad Musayev cənab naziri şirkətin gələcək planları ilə tanış etdi. Daha sonra cənab Şahin Mustafayev Norm Sement zavodunun ölkə iqtisadiyyatı üçün əhəmiyyətini qeyd etdi. Bununla yanaşı, cənab nazir tikinti sənayesində NORM Sement zavodunun inkişafının sürətlənməsi üçün öz tövsiyələrini verdi və şirkətə yeni nailiyyətlər arzuladı.

Dünyanın 29 ölkəsindən 490 şirkətin təmsil olunduğu 20-ci Yubiley Beynəlxalq İnşaat Sərgisinin növbəti günləri də tədbir iştirakçıları baxımından dolğun və səmərəli keçdi. Yerli və xarici iş adamlarının iştirak etdiyi sərgidə şirkətimiz üçün əhəmiyyətli olan çoxsaylı görüşlər keçirildi, onlarla gələcək əməkdaşlıq şərtləri və imkanları müzakirə olundu.

Ümumilikdə sərgi Norm şirkətinin və onun məhsullarının daha geniş tanıdılmasında, tikinti təşkilatları ilə iş əlaqələrin qurulmasında, satış imkanlarının artırılmasında, potensial müştərilərin cəlb olunmasında və şirkətin gələcək inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, tədbiri ziyarət edən minlərlə mütəxəssislə ünsiyyət saxlamaq və uğurlu təşviqat kampaniyasını həyata keçirmək imkanı verdi.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ