NormNormNormNormNormNorm
/

Tədbirlər

NORM Sement müştəriləri üçün ziyafətlər təşkil etdi

Müştəri məmnunluğu NORM şirkətinin biznes strategiyasının əsasını təşkil edir.  Şirkətimiz müştərilərini daim diqqət mərkəzində saxlayır və onlarla səmimi ünsiyyət qurur.

Müştəriləri yaxından tanımaq üçün şirkətimiz ölkənin müxtəlif bölgələrində mütəmadi olaraq tədbirlər və ziyafətlər təşkil edir. 

Geniş müştəri auditoriyasının dəvət olunduğu tədbir və ziyafətlərdə müştərilərə şirkət və məhsullar haqda yeniliklər, həmçinin reklam kampaniyaları barədə ətraflı məlumat verilir, il ərzində fəallığı ilə fərqlənən müştərilərimizə həvəsləndirici hədiyyələr təqdim olunur.

Eyni zamanda peşəkar satış komandası müştərilərin qayğıları ilə yaxından maraqlanır, qarşılaşdığı çətinliklər barədə ətrafli öyrənir və problemlərinin aradan qaldırılması üçün istiqamətlər verir, eyni zamanda müştəriləri maraqlandıran suallara cavab verirlər.

Tədbir və ziyafətlər Norm şirkəti ilə müştəriləri arasında mükəmməl ünsiyyət platforması rolunu oynayır.

2016-ci ilin sentyabr ayında şirkətimiz müştərilərilə respublikanın 6 rayonunda - Quba, Qəbələ, Gəncə, Bərdə, İmişli və Masallıda ardıcıl ziyafətlər  təşkil etmişdir.

 

 

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ