NormNormNormNormNormNorm
/

Vakansiyalar

Rentgen kimyəvi analiz laborantı

 

Əsas vəzifə və öhdəliklər:

  • İstehsal prosesinin Keyfiyyətə Nəzarət Planında nəzərdə tutulmuş nöqtələrindən təyin olunmuş vaxtlarda nümunələr almaq və nümunəalma zamanı meydana çıxan problemlə bağlı tədbir görməyi bacarmaq
  • Nümunələr üzərində müvafiq metodlar əsasında analizlər aparmaq və alınan nəticələrin uyğun fayıllarda qeydiyyatını aparmaq
  • İstehsal prosesindən alınan nümunələrin analiz nəticələrinin tərtib olunmuş hədəf intervalından kənara çıxmasına yol verməmək.  Bu məsələdə istehsala nəzarət edən operatorlarla sıx əlaqə qurmaq
  • Standartın tələbinə uyğun olmayan  məhsulun istehsalı müşahidə olunarsa müvafiq təlimata görə hərəkət edib uyğunsuz məhsulun istehsalına yol verməmək
  • Sahəyə gələn xammalların kimyəvi təkibini analiz etmək, alınan nəticələrin müqavilə tələblərinə uyğun olub olmadığını müəyən etmək və uyğunsuzluq varsa dərhal birbaşa rəhbərinə məlumat vermək
  • Təlimata uyğun olaraq cihazları uyğun standart nümunə ilə yoxlamaq
  • Nümunənin analizinin düzgünlüyünə əmin olunanadək onun üzərində analiz prosesini davam etdimək
  • Rentgen spektral analiz laboratoriyasının təmizliyinə və temperaturuna müntəzəm nəzarət etmək
  • Avtomatik və manuel nümunə alıcıların nizamlı işləməsinə və təmiz saxlanmasına nəzarət etmək, meydana çıxan hər hansı problemin həlli üçün tədbir görmək
  • Rentgen spektral analiz cihazında problem çıxarsa istehsal prosesini yaş kimyəvi üsulla aparılan analizlərlə idarə etmək
  • Nümunə alarkən və analizləri apararkən nəzrdə tutulmuş bütün texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək
  • Lazım gələrsə laboratoriyaya daxil olan kənar şəxslərə texniki təhlükəsizlik qaydaları ilə bağlı məlumat vermək
  • Analiz prosesində istifadə olunan maddə və avadanlıqlarla kifayət qədər ehtiyyatlı və səliqəli davranmaq, maddələrin dağılmasına, avadanlıqların isə sıradan çıxmasına yol verməmək
  • Qaz balonlarından istifadə zamanı, iş prosesini öncədən planlamaq və istifadə olunan qazın texniki xassələrinə uyğun olaraq lazımi təhlükəsizlik tədbirlərini almaq
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
  • Elektriklə əlaqədar işlərə müdaxilə etməmək, müvafiq iş üçün elektrik şöbəsinə məlumat vermək.
  • Şirkətin daxili nizam-intizam qaydalarına əməl etmək
  • Laboratroiyada və zavod ərazisində hər hansı nöqsan və problem gördükdə bununla bağlı dərhal müvafiq şəxslərə məlumat vermək.
  • Rəhbər tərəfindən verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək
  • Növbə rəzində növbə rəsisi tərəfindən gələn (KNP-dən əlavə) tapşırıqları icra etmək və eyni zamanda bununla bağlı bir başa rəhbəri məlumatlandırmaq
  • Ehtiyac olarsa birbaşa rəhbərin təlimatına əsasən digər laborantların işini icra etmək.

Tələblər:

  • Kimya sahəsində texniki və ya ali təhsil
  • Əlaqədar sahədə 1 il iş təcrübəsi
  • Müştəri yönümlülük
  • Davamlı inkişaf
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
  • Keyfiyyət yönümlülük
  • Bütövlük
  • Stressin idarə olunması

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 15/01/2019

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ