NormNormNormNormNormNorm
/

Vakansiyalar

Qəbul katibəsi

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətə gələn ziyarətçi və qonaqların qarşılanması, onlara yardım edilməsi və yönləndirilməsi;
  • Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul etmək, yönləndirmək, tələb olunduqda qeydlər aparmaq və aidiyyati şəxslərə məlumat vermək;
  • Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması;
  • Şirkət tərəfindən bağlandığı müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə  ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi;
  • Şirkətin tərəfindən təqdim edilən mobil nömrələrin qeydiyyatı, sifarişi, işçilərə təhvili;
  • Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi;
  • Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi;
  • Faxların göndərilməsi;
  • Digər şöbələr üçün müvafiq sənədlərin surətinin çıxarılması;
  • Şirkətə daxil olan müqavilələrin qeydiyyatı və əlaqəli işçilərə ötürülməsi;
  • Giriş-çıxış kartlarının sifarişi, qeydiyyatı və işçilərə təhvili;
  • Aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi;
  • Printer, skaner, fax və digər ofis avadanlıqlarına mütəmadi nəzarət;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar

Tələblər:

  • Ali və ya orta peşə məktəbi.
  • Katibəlik kursları
  • Müştəriyönümlülük;
  • Davamlı inkişaf;
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
  • Keyfiyyət yönümlülük;
  • Konfliktlərin idarəolunması;
  • Stressin idarə olunması.

İş təcrübəsi:

  • 0-2 il iş təcrübəsi

Dil və İT bilikləri:

  • İngilis dili;
  • MS Office komputer proqramları üzrə bacarıqlar.

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 15/10/2018

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ