NormNormNormNormNormNorm
/

Vakansiyalar

Planlama üzrə Baş Mühəndis

Əsas vəzifə və öhdəliklər:

  • Təhlükəsizlik, idarəetmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsinə görə cavabdehlik;
  •  Avtomatlaşdırılmış texniki təmir proqramı üçün infrastrukturun hazırlanmasına görə cavabdehlik;
  • Qeydiyyat kartlarının tərtib edilməsi, şirkətin kataloqlarının, ehtiyat hissələrin siyahılarının tərtibatı və yenilənməsi, layihə üzrə dəyişikliklərin/modifikasiyaların tətbiqi, maşın və mexanizmlərin kartlarının tamamlanması, qurğu hissələrinin kartlarının, yoxlama kartlarının, yağlama və xidmət kartlarının, standart profilaktik təmir və qoruyucu yağlama kartlarının tərtibatı;
  • Planlaşdırma və yağlama şöbələri üçün texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması;
  • Texniki təmir üzrə digər məsul şəxslər məzuniyyətdə olduğu müddətdə materialların    tədarükü və texniki spesifikasiyaların hazırlanması;
  • İllik sifarişlərə daxil olmayan ayrı-ayrı tələblərin təmin edilməsi və prosedurların həyata keçirilməsi;
  • “İstismar Müddətinə Zəmanət”in şərtlərinin yerinə yetirilməsinin təmin edilməsi; hər il yoxlanması tələb olunan qəlibləmə materiallarının istismar zəmanətlərinə nəzarət;
  • Planlaşdırma və yağlama şöbələri üçün yağ və texniki təmir materiallarının təchizatında iştirak etmək və ehtiyatların standartlaşdırılması;
  • Dərc olunmuş “Qabaqcıl Təcrübə”nin əlaqəli bölmələrinin araşdırılması və tətbiqi;
  • Zavodda podratçıların vasitəsilə həyata keçiriləcək texniki təmir işlərinin təşkili;
  • Treninqlər və təhsillə bağlı ehtiyacların müəyyən edilməsi və müvafiq proqramların təşkili ilə bağlı treninq şirkətləri ilə birlikdə tədqiqatların aparılması;
  • Avadanlıqların nasazlıqları üzündən baş vermiş dayanma hallarında avtomatlaşdırılmış texniki təmir və qüsurların araşdırılması ilə bağlı proqramların işlənib hazırlanması;
  • Hər ay toplantıların, baş vermiş qəzalarla bağlı araşdırmaların təşkili;
  • Qəzaların təkrarlanması ilə bağlı toplantılarda qəbul olunmuş qərarlara uyğun zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
  • Texniki ofisin arxivində cizgilərin arxivləşdirilməsi, çatışmayan cizgilərin əldə olunması, bununla bağlı işlərin əlaqələndirilməsi və təşkili;
  • Texniki təmirin avtomatlaşdırılmasının təmin olunması, hər ayın sonunda istismar və qəzaların təhlili ilə bağlı aylıq hesabatların hazırlanması;
  • Texniki təmir heyətinin aylıq hesabatlarla bağlı işində iştirak etmək;
  • Büdcələrin və illik texniki təmir xərclərinin tərtibatında iştirak etmək;
  • Büdcə rəqəmlərinin faktiki rəqəmlərlə müqayisəsi üçün müqayisə cədvəllərini hazırlamaq, yeni büdcənin tərtibatında iştirak etmək;
  • Korrektəedici və ehtiyat tədbirlərin həyata keçirilməsi ilə bağlı müraciət etmək səlahiyyəti;
  • Planlama heyətinin fəaliyyətini izləmək, zəruri təlimatlar vermək və işin təşkilini dəyişmək səlahiyyətləri;
  • Planlama heyətinə xidmətlə bağlı təlimatlar vermək səlahiyyəti;
  • Planlama üzrə icazə vermək səlahiyyəti;
  • Birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi;
  • İşlərin təkmilləşdirilməsi məqsədilə digər şöbələrlə əməkdaşlıq

Tələblər:

  • Mexaniki planlama mühəndisliyi sahəsində ali təhsil
  • Sənaye sahəsində 5 il iş təcrübəsi (Sement sahəsində təcrübəsi olanlara üstünlük verilir)
  • İngilis dili
  • MS Office komputer proqramı üzrə bacarıqlar
  • SAP

Tələb olunan səriştə və bacarıqlar

  • Müştəriyönümlülük
  • Davamlı inkişaf
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
  • Keyfiyyət yönümlülük
  • Analitik təfəkkür
  • Qərar qəbuletmə
  • Səlahiyyətin verilməsi
  • Digər şəxsləri inkişaf etdirmək
  • Planlaşdırma və təşkilatçılıq
  • Komandaya rəhbərlik
  • İnkişaf Konsepsiyası və Strateji İstiqamət
  • Təmir işlərinin planlaşdırılması
  • Təmir işlərinin idarə olunması

Tərcümeyi-hallarınızı hr@norm.az ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur. 

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 20/10/2017

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ