NormNormNormNormNormNorm
/

Vakansiyalar


Əsas vəzifə və öhdəliklər:

  • Mühəndis cizgilərinin siyahısını, hesabatlar, təhlillər, işlərin təsnifatının hazırlanması
  • Dizayn dəyişiklikləri, təmir və tikinti inspeksiyaları işlərinin koordinasiyası
  • Cizgilərin keyfiyyətinin mövcudluğunun yoxlanılması
  • Cizgi sisteminə, materialın sertifikatı və saxlanılmasına nəzarət
  • Mühəndis sənədlərinin saxlanılması
  • Sənəd qeydiyyatının izlənilməsi

Tələblər:

  • Ali texniki təhsil arzuolunandır
  • Müvafiq sahədə 1-3 il iş təcrübəsi
  • Azərbaycan və İngilis dili
  • MS Office komputer proqramı üzrə bacarıqlar

Tərcümeyi-hallarınızı hr@norm.az ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 25/11/2018

Online müraciət formasıCV-ni göndər
CV:

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətə gələn ziyarətçi və qonaqların qarşılanması, onlara yardım edilməsi və yönləndirilməsi;
  • Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul etmək, yönləndirmək, tələb olunduqda qeydlər aparmaq və aidiyyati şəxslərə məlumat vermək;
  • Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması;
  • Şirkət tərəfindən bağlandığı müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə  ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi;
  • Şirkətin tərəfindən təqdim edilən mobil nömrələrin qeydiyyatı, sifarişi, işçilərə təhvili;
  • Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi;
  • Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi;
  • Faxların göndərilməsi;
  • Digər şöbələr üçün müvafiq sənədlərin surətinin çıxarılması;
  • Şirkətə daxil olan müqavilələrin qeydiyyatı və əlaqəli işçilərə ötürülməsi;
  • Giriş-çıxış kartlarının sifarişi, qeydiyyatı və işçilərə təhvili;
  • Aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi;
  • Printer, skaner, fax və digər ofis avadanlıqlarına mütəmadi nəzarət;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar

Tələblər:

  • Ali və ya orta peşə məktəbi.
  • Katibəlik kursları
  • Müştəriyönümlülük;
  • Davamlı inkişaf;
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
  • Keyfiyyət yönümlülük;
  • Konfliktlərin idarəolunması;
  • Stressin idarə olunması.

İş təcrübəsi:

  • 0-2 il iş təcrübəsi

Dil və İT bilikləri:

  • İngilis dili;
  • MS Office komputer proqramları üzrə bacarıqlar.

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 15/10/2018

Online müraciət formasıCV-ni göndər
CV:

Əsas vəzifə və öhdəliklər:

  • Əmrlərin hazırlanması, qeydiyyatı (işə qəbul, məzuniyyət, ezamiyyət, əlavə iş saatları  və digər əmrlər) və qovluqlarda saxlanması
  • Yeni işçi məlumatlarının toplanılması, proqrama daxil edilməsi və şəxsi iş qovluqlarının idarə olunması
  • Müvafiq programda aylıq tabelin hazırlanması
  • Qeydə almaların əlaqələndirilməsi və işə gəlməmə, xəstəlik üzündən işə çıxmama, məzuniyyət və s. ilə bağlı məlumatların qeydiyyatı.
  • Əmək kitabçalarının qeydiyyatı və yazılması
  • İşçilər/iş saatları ilə bağlı müxtəlif tipli aylıq hesabatların hazırlanması və aylıq iş saatlarının izlənilməsi
  • İşçilər haqda məlumat bazasının, işçilərin şəxsi işlərinin, İR qovluqlarının mütəmadi yenilənməsi
  • İllik tibbi müayinənin aparılmasının təşkil edilməsi
  • Yeni/zədələnmiş/itirilmiş bank kartlarının sifarişi
  • İşçilərin tibbi siğortalanmasının təşkili
  • İntranet portalında müxtəlif tipli xəbərlərin araşdırılması və yayımlanması, Yeni işçi məlumatları, ezamiyyət, məzuniyyət, vəzifə dəyişikliklərinin, təşkilatı strukturun İntranetə daxil edilməsi
  • Müxtəlif tipli işçi sorğularının keçirilməsində dəstək
  • Yaşayış yeri ilə təminat, səfərlərin təşkili, viza, yaşamaq və iş üçün icazələrlə bağlı məsələlərin koordinasiya edilməsinə dəstək
  • İşdən çıxan işçinin zavod ərazisində təhvil-təsliminə nəzarət

Tələblər:

  • İR və ona müvafiq sahəsində ali təhsil
  • Səlist Azərbaycan və ingilis dili bilikləri
  • MS office proqramları

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 30/09/2018

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

 

Online müraciət formasıCV-ni göndər
CV:

Tələblər

  • Mexaniki Mühəndislik və ya ona bərabər dərəcə
  • Ən azı 3 il iş təcrübəsi
  • PC biliyi, MS Offis, MS Project və Autocad  proqramları biliyi
  • Profilaktik xidmət Proqramı SAP-biliyinə üstünlük verilir
  • Azərbaycan dilində sərbəst danışıq
  • İngilis və rus dillərində (ümümi və texniki sahədə) yaxşı biliyi
  • Yaş həddi 20-35 yaş
  • Komandada ilə işləmə bacarığı
  • Qərar qəbul etmə qabiliyyəti
  • Əla ünsiyyət bacarığı
  • Sənədlərin arxivləşdirilməsi biliyi

Tələb Olunan Kompetensiyalar

  • Profilaktik xidmət sistemində işləmə
  • Zavod təmirində işləmə
  • Hesabatların hazırlanması və təqdimatı
  • Sahə işlərinin təftişi və nəzarəti
  • Ölçmə alətlərindən istifadə qaydalarının bilməsi
  • Problemlərin həlli və təhlili səriştəsi
  • Ehtiyat hissələrinin idarə olunması.

Vəzifə və Öhdəliklər

  • Profilaktik xidmət işlərinin icrası
  • Profilaktik xidmət sahəsində inkişaf
  • SAP PM və DMS modullarının idarə edilməsi
  • Aylıq/gündəlik planlama iclaslarının təşkili
  • Ehtiyat hissələrinin nəzarəti və idarə edilməsi
  • Prosedurlarin və təlimatların tələblərinin hazırlanması
  • Şöbə üçün hesabatların hazırlanması

Son Müraciət Tarixi:  13/08/2018

Müraciətlər Ünvanlanmalıdır: hr@norm.az

Online müraciət formasıCV-ni göndər
CV:

Əsas vəzifə və öhdəliklər:

  • Sazişlər/müahidələr/müqavilələr, düzəlişlər, dəyişikliklər, köməkçi müqavilələr və hüquqi gücə malik digər sənədlərin hazırlanması, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək
  • Podratçılar qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtib edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması
  • Müqavilə sənədlərinin icrası və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması
  • Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin digər işçilərinə məsləhət və tövsiyələrin verilməsi
  • Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi
  • Müqavilə sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət
  • Şirkətin imzaladığı müqavilələrdən irəli gələn və onlarla əlaqəli hüquqi qərarların hazırlanması və verilməsi
  • Şirkətin Baş Hüquq Müşaviri tərəfindən vaxtaşırı verilə biləcək digər tapşırıqların yerinə yetirilməsi
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar

Tələblər:

  • Hüquq sahəsində ali təhsil
  • Səlis Azərbaycan və ingilis dili bilikləri
  • MS office proqramları
  • Hüquq və ya Hüquqla əlaqəli sahə üzrə 3 il iş təcrübəsi
  •  

Tərcümeyi-hallarınızı fayl adını özünüzün ad, soyad və ata adı olaraq adlandırmaqla və müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 10/07/2018

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Online müraciət formasıCV-ni göndər
CV:

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ