NormNormNormNormNormNorm
/

Karyera

Norm şirkəti şirkətdaxili mədəniyyətin işçilərin yüksək peşəkarlıq  və şəxsi keyfiyyətləri, daim yeniliklər və inkişafa səy göstərmək əzmi, yüksək motivasiyalı komanda ruhu əsasında formalaşması istiqamətində çalışan bir şirkətdir.

Biz  işçilərimizin  fəaliyyətinin onlar üçün cəlbedici olacağına, onlara məmnunluq və nailiyyət gətirməklə yanaşı böyük dəyər qatacağına inanırıq.

Şirkətimizdə çoxmədəniyyətli mühitdə fəaliyyətlərin necə həyata keçirildiyinə dair ümumi anlayış yaratmaq, şirkətin sağlam prinsiplər əsasında qurulmasına nail olmaq və davranış qaydalarını aydın etmək məqsədilə Etika Məcəlləsi tətbiq olunur.

Norm şirkətində iş münasibətləri əmək münasibətlərinin ən vacib prinsiplərindən biri olan ayrıseçkiliyin yol verilməməsi prinsipi əsasında qurulur. Bərabər iş imkanları qanun tərəfindən tələb olunmaqla yanaşı biznesdə uğur qazanmağa imkan verən ən əsaslı komponent kimi iş münasibətlərinin bütün mərhələlərində qorunub saxlanılır. Biz hamı üçün bərabər iş imkanları yaradaraq işçilər arasında irq, din, milliyyət, yaş, fiziki və ya əqli məhdudluqlar, ailə vəziyyəti,  cinsi və ya siyasi baxışlarından dolayı fərq qoymuruq. 

İşə qəbul

Norm şirkətində işə qəbul prossesi obyektivlik və bərabərlik prinsipləri rəhbər tutularaq aşağıdaki mərhələlərlə həyata keçirilir.

  • Vakant vəzifənin açıqlanması
  • CV-lərin qısa siyahısının tərtib edilməsi
  • Müsabiqənin keçirilməsi
  • Qiymətləndirmə prossesi
  • İşə qəbulun təsdiq edilməsi

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ