İstehsalçı ölkə: Almaniya

Avandanlıq:  ETA soyuducusu

Soyuducunun məhsuldarlığı 5.500 t/gün, aerasiya sahəsi isə 129.8 m2 təşkil edir. Bu soyuducu hal hazırda sement sənayesində istehsal edilən ən müasir texnologiya olub, qaynar klinkerdən istiliyin maksimum miqdarda ayrılaraq təkrar istifadə olunmasını və klinkerin keyfiyyətinin daimi stabilliyini təmin edir.

İstiliyin yüksək həddə ayrılması və təkrar istifadəsi öz növbəsində sobada istifadə edilən qazın miqdarının optimallaşdırılması deməkdir ki, bu da yanacaq sərfinə qənaət etməyə imkan verir.

Soyuducudan çıxan qazlarının filtrasiyası üçün 700.000 m3/saat gücündə elektrostatik süzgəc quraşdırılmışdır. Süzgəcdən çıxan havada tozun qatılıq həddi (< 30 mq/Nm3) ölkəmizdə qüvvədə olan normalardan aşağıdır.

http://www.claudiuspeters.com