NormNormNormNormNormNorm
/

Hədəflərimiz


Hədəfimiz gündə 5 min ton klinker, ildə isə 2 milyon ton yüksək keyfiyyətli sement istehsal edərək bu sahədə Azərbaycanda idxalın əhəmiyyətli dərəcədə azaldılmasına, gələcəkdə yeni istehsal xətləri yaratmaqla ölkədaxili tələbatın tam həcmdə ödənilməsinə nail olmaqdan ibarətdir.

Neft sənayesi üçün API standartlarına uyğun quyu-tamponaj sementinin istehsalına başlayaraq Azərbaycanın və Xəzəryanı ölkələrin neft hasilatçılarını bu strateji məhsulla təmin edilməsini qarşımıza məqsəd qoyuruq.

Amalımız şirkətimizin onilliklər və hətta yüzilliklər boyu uğurla fəaliyyət göstərməsi üçün möhkəm təməlin qoyulması və nəsildən nəsilə ötürüləcək ənənələrin bərqərar edilməsidir. Fəaliyyətimizin bütün sahələrində aşağıdakı amillərə önəm verərək Azərbaycanın tikinti materialları sənayesində aparıcı mövqe tutmaq niyyətindəyik.

  1. Davamlı inkişaf
  2. Müştəri məmnunluğu
  3. Yüksək keyfiyyət
  4. Müasir standartların tətbiqi
  5. Ətraf mühitin mühafizəsi

Dəyərlərimizin başında insan amili durur. Faəliyyətimizin bütün sahələrində – kadr siyasətində, idarəetmədə, habelə istehsalın və satışın təşkilində insan amilini hər cür maraq və mənafedən üstün tuturuq.

 


SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ