NormNormNormNormNormNorm
/

Beynəlxalq Əməkdaşlıq

Norm şirkəti sement və beton istehsalı sahəsində beynəlxalq arenada yüksək nüfuza malik şirkət və qurumlarla əməkdaşlıq edir.  Sement istehsalına yeni başlamış Norm şirkətinin beynəlxalq qurumlarla sıx əməkdaşlığı şirkət tərəfindən məhsulun keyfiyyətinə və etibarlılığına verilən yüksək önəmi nümayiş etdirir. Şirkət rəhbərliyi əmindir ki, bu yanaşma tərzi öz bəhrəsini verəcək və Norm şirkətinin sürətli inkişafına xidmət edəcəkdir.

 
2013

Norm Sement zavodunun istehsal xəttində Almaniyanın, Fransanın, İsveçrənin, Hollandiyanın və digər inkişaf etmiş ölkələrin avadanlıqları quraşdırılıb. Müasir texnologiyaların tətbiqi və istehsalda innovasiyalara üstünlük verilməsi istismarın səmərəliliyinə və Avropanın ən sərt ekoloji standartlarına riayət olunmasına imkan yaradır. Nəticə etibarilə Norm MMC-nin Avropa şirkətləri ilə texnologiya və elmi-texniki sahələrdə sıx əməkdaşlığı Azərbaycanın tikinti sektorunun ən yüksək keyfiyyətli sementlə təmin edilməsinə zəmanət verir.

Avropanın nüfuzlu qurumlardan biri Avropa Sement Tədqiqatları Akademiyasıdır (ECRA).  Əsası 2003-cü ildə qoyulmuş bu təşkilat  mütərəqqi sement və beton texnologiyaları sahəsində yüksək səriştəyə malik olan elmi mərkəz kimi nüfuz qazanmışdır. Akademiya sementin istehsalı və betonda tətbiqi üzrə tədqiqatların dəstəklənməsi, təşkili və həyata keçirilməsində Avropa sement sənayesi üçün bir platforma rolunu oynayır. Təşkilata üzv olmaqda Norm şirkətinin məqsədi ən son beynəlxalq nailiyyətləri yerli sement istehsalı sənayesində tətbiq etməkdən və Azərbaycanı mötəbər Avropa qurumlarında təmsil etməkdən ibarətdir.

 
2014

Norm şirkətinin beynəlxalq səviyyədə əməkdaşlıq etdiyi digər qurum  Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutudur. 1877-ci ildə təsis olunmuş bu təşkilat 136 illik fəaliyyəti dövründə sementin istehsalı və tətbiqi sahəsində elmi tədqiqatlar həyata keçirərək qlobal sement sənayesinin inkişafında əhəmiyyətli rol oynayır. Norm şirkəti ilə VDZ arasında imzalanmış müqaviləyə əsasən VDZ-nin yüksək ixtisaslı mütəxəssisləri Norm Sement zavoduna səfərlər edərək istehsal prosesinin texniki auditini həyata keçirirlər. Nəticə etibarilə, VDZ tərəfindən CEM II/A-P 32,5R markalı KLASS A və CEM II/B-L 32,5R markalı KLASS B, CEM II/A-P 42,5 R markalı KLASS C500  və KLASS S (CEM II/A-P 42.5 N, Mineral əlavəli sulfatadavamlı Portland sement) Norm sementlərinə DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunub.  Eyni zamanda Norm Sement zavodunun texniki heyətinə geniş və çoxşaxəli tədris və təlim kurslarının keçirilməsi üçün hazırlıq işləri aparılır.


SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ