NormNormNormNormNormNorm
/

Tarixçəmiz

2006
Norm Məhdud Məsuliyyətli Cəmiyyəti 04 may, 2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən 0106-P216-45772 nömrəsilə dövlət qeydiyyatına alınmışdır.   

Sənaye sahəsində layihələr həyata keçirmək məqsədilə yaradılan şirkət 2008-ci ildən etibarən bütün qüvvəsini Sement zavodu layihəsinə yönəltmişdir. Layihəyə sement sənayesində dünyanın qabaqcıl mütəxəssisləri cəlb edilmişdir.
 
2008
Bu ildə layihə üzrə texniki konsultant xidmətlərinin yerinə yetirilməsi sement istehsalı sahəsində dünyanın 10 ən tanınmış konsultant şirkətlərindən biri olan Holtec Consulting Private Limited (Hindistan) şirkətinə həvalə edilmişdir.
 
2009
Zavodun «Açar Təslimi» əsasında tikintisi üçün tender elan edilmişdir. Tenderdə Yaponiya, Almaniya, Çexiya, Çin, Koreya və Türkiyəni təmsil edən və sement zavodlarının qurulmasında ixtisaslaşdırılmış və geniş təcrübəyə sahib olan 26 şirkət iştirak etmişdir.

2008-2011-ci illər ərzində Azərbaycanın müxtəlif bölgələrində, 10 min hektar ərazidə geoloji kəşfiyyat işləri aparılmış, 2 minə yaxın xammal nümünəsi toplanaraq Almaniyanın, Fransanın, Hindistanın, ÇXR və Türkiyənin ixtisaslaşlaşdırılmış laboratoriyalarında sınaqlaşdırılmışdır. Zəruri topoqrafiya işləri aparılmış, xammal ehtiyatları hesablanmış, zavodunun tikintisi və xammal təchizatı üçün tələb olunan ərazilər Norm MMC tərəfindən əldə edilmişdir.


2009-cu ildə ekoloji və sosial təsirlərin qiymətləndirilməsilə bağlı ətraf qəsəbələrdə yaşayan sakinlər, yerli icma və qəsəbə nümayəndələri, bələdiyyələr, QHT-lər, mətbuat nümayəndələrinin, digər əlaqədar və marağı olan tərəflərin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir.
 
2010
Norm - Norm Sement zavodu üzrə tərtib olunmuş Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış və bu sahədə nəzərdə tutulan tədbirlər mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
2011
Dünyanın dörd böyük müstəqil auditor şirkətlərindən biri olan PriceWaterhouseCoopers Norm MMC-nin 2008–2010-cu illər üzrə maliyyə hesabatlarının ilk dəfə olaraq Beynəlxalq Maliyyə Hesabatları Standartına uyğun auditini aparmış və öz müsbət rəyini bildirmişdir. 2011-ci ildə zavodun "Açar Təslimi" əsasında tikintisi üçün xarici şirkətlərdən ibarət konsorsiumla müqavilə imzalanmışdır.
 
2012
Ərazidə əsaslı infrastruktur yaradılmışdır. Zavod ərazisinə Bakı-Salyan şosesinə birləşən 10 km uzunluğunda asfalt yol inşa edilmiş, 15 km uzunluğunda 110 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Bundan başqa 18 km uzunluğunda su xətti, 18 km uzunluğunda qaz kəməri, seldən mühafizə bəndləri, həmçinin zavodun elektrik təchizatının etibarlı təminatı üçün elektrik yarımstansiyası inşa olunmuşdur.
 
2013
Sement dəyirmanı bölməsi işə salınmış, ilk sement istehsal edilmişdir. Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu ilə uzunmüddətli əməkdaşlıq barədə razılıq əldə edilmişdir.
 
2014
 
Soba xətti istismara verilmişdir. 21 iyul tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə zavodun rəsmi açılışı baş tutmuşdur.

 

2015

 

 

 Zavodda  yeni çeşid məhsulun (KLASS S) - mineral əlavəli sulfatadavamlı Portland sement istehsalına başlanılmışdır. DNV GL Group tərəfindən müəssisəyə keyfiyyətə nəzarət, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi üzrə ISO 9001, ISO 14001 və OHSAS 18001 sertifikatları təqdim edilmişdir.

  

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ